“Bu açıqlamalar yaranmış reallıqların qəbul edilməsinin təsdiqidir” - Azər Badamov

16:00 15.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Türkiyə Ermənistanla apardığı bütün müzakirələrdə Azərbaycanın maraqlarını nəzərə alır. Regionda sülh və əməkdaşlığın genişləndirilməsi üçün birgə addımlayırıq”.

Bunu hafta.az-a deputat Azər Badamov ötən həftə Türkiyə ilə Ermənistan arasıda aparılan birbaşa danışıqlar və bu prosesdə Azərbaycanın maraqlarının nə dərəcədə nəzərə alınması və münasibətlərin tam olaraq nə zaman normallaşması ilə bağlı açıqlamasında bildirib.

A.Badamov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliləməsi Türkiyə-Ermənistan münasibətlərinin də normallşamasına yol açır:

“Türkiyənin nümayəndə heyəti Ermənistanda səfərdə olub və iki ölkə arasında kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələr aparılıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Ermənistan arasında kommunikasiyaların açılmasına yol açacaq. Bunu Ermənistanda da yaxşı başa düşürlər və son vaxtlar Ermənistan hakimiyyətindən ölkəmizlə inkişaf etdirilən sülh gündəliyi ilə bağlı pozitiv açıqlamaların səsləndirlməsi yaranmış reallıqların qəbul edilməsinin təsdiqidir”.